“Beşiktaş”ın oyunçusu İtaliya yolunda
12.06.2025 , 14:35

“Beşiktaş”ın futbolçusu Amir Hadziahmetoviç karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, bosniyalı yarımmüdafiəçinin xidmətində “Cenoa”nın maraqlı olduğu iddia olunub.
İtaliya klubu oyunçunun transferini gələn ay bitirməyi düşünür.
