"Beşiktaş" heyətini ulduz futbolçu ilə gücləndirmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, "qara qartallar" "Bavariya"nın yarımmüdafiəçisi Aryen Robbenlə yaxından maraqlanır.
Ötən mövsüm bir sıra transferlərin gerçəkləşməsində böyük rolu olan Erdal Torunoğulları bir neçə həftə öncə Hollandiyaya səfər edib. Orada Robbenin atası Hans Robbenlə görüşən Torunoğulları futbolçunu Türkiyəyə gətirmək üçün danışıqlar aparıb.
İlk öncə bu təklifə soyuq yanaşan Roben sonradan menecerin təkliflərinə maraqlı olub (fanatik.com.tr)
