Türkiyə Futbol Federasiyası “Kasımpaşa” və “Beşiktaş” arasında oynalınan matçda baş verən hadisələrin ardından komandaları cəzalandırıb.
Korner.az-ın məlumatına görə, Federasiya matç zamanı meydana girən azarkeşin Fernandezə hücum etməsi ucbatından “Kasımpaşa”ya 2 oyun azarkeşsiz oynama cəzası verib. “Beşiktaş”ın futbolçusu Roman Motta isə 3 rəsmi matçda iştirak eləməmək və 650 min lira pul cəzası alıb.
