“Beşiktaş”ın müdafiəçisi Caner Erkin ağır cəzalandırlıb
Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsinin qərarına əsasən, futbolçu 6 oyun yaşıl meydanlardan uzaq qalacaq. Bunun səbəbi isə Canerin “Başakşəhər”lə oyunda qarşılaşmanın baş hakimi Mete Kalkavanı təhqir etməsi olub.
Türkiyə millisinin də formasını geyinən müdafiəçi üstəlik 43 min türk lirəsi miqdarında cərimə də ödəməlidi.
Qeyd edək ki, Super Liqanın növbəti turundakı “Alanyaspor”la oyunu sarı vərəqə cəzası səbəbindən buraxacaq Canərin 6 oyunluq cəzası bundan sonra başlayacaq. O, üst-üstə 7 oyun meydana çıxa bilməyəcək.
