"Beşiktaş"ın çexiyalı müdafiəçisi Tomas Sivok La Liqa klublarından "Sevilya"da çıxış edə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə futbolçunun meneceri özü məlumat yayıb. O, futbolçusunun "Sevilya" ilə hər an görüşə biləcəyini vurğulayıb. Lakin "qara-qartallar"da Sivoku komandada saxlamaq istəyir.
Qeyd edək ki, futbolçu 30 dəfə Çexiya millisinin formasını geyinib.
