“Beşiktaş”ın futbolçusu İngiltərə yolunda
30.04.2025 , 11:10

“Beşiktaş”ın futbolçusu Milot Raşitsa karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, kosovolu oyunçunun xidmətində “Lids” maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu yaxın zamanda 28 yaşlı futbolçu üçün İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.
