“Beşiktaş”lı futbolçu Gökan Törə gecə klubunda güllələnib.
Korner.az-ın məlumatına görə, axşam saatlarında komanda yoldaşları ilə birlikdə getdiyi gecə klubunda silahlı hücuma məruz qalan futbolçu xəstəxanaya yerləşdirilib.
Türkiyə millisinin də formasını geyən G.Törənin həyatına təhlükənin olmadığı bildirilir. Silahlı hücum zamanı gecə klubunda olan daha 4 nəfər yaralanıb. Klub rəhbərliyi hadisəni təsdiqləyib.
