“Beşiktaş”ın yeni transferlərindən olan Ömər Şişmanoğlu gənc komandayla “Kartalspor”a qarşı oynadığı oyunda qırmızı vərəqə aldığı üçün derbidə oynamayacaq.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TFF-nin dünən açıqladığı qərarlə oyunçu 1 oyunluq cəzalanıb.
“Qara qartallar”ın heyətində həmçinin zədəli olan Gökhan Süzən, Uğur Boral və Oğuzhan Özyakup da “Qalatasaray”a qarşı forma geyə bilməyəcəklər.