“Beşiktaş”ın futbolçusu Almaniyaya qayıda bilər
22.12.2025 , 17:00
“Beşiktaş”ın planlarında olmayan Feliks Uduokhay üçün təkliflər gəlməyə başlayıb.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nigeriya əsilli alman futbolçu yeni klub axtarır və vətəninə dönmək variantını nəzərdən keçirir.
Almaniya Bundesliqasından “Mayns” Uduokhay üçün icarə və satın alma təklifi edib. Hazırda liqanın aşağı pilləsində yer alan “Mayns”dən başqa bir klubun da təcrübəli oyunçu ilə maraqlandığı bildirilir.
Uduokhay agenti ilə aparılan danışıqların nəticəsini gözləyir. Razılıq əldə olunarsa, futbolçu qış transfer pəncərəsində Almaniyaya qayıdacaq.