“Beşiktaş”ın futbolçusu əməliyyat olundu
22.05.2023 , 20:49

“Beşiktaş”ın futbolçusu Ersin Destanoğlu bu gün əməliyyat olunub.
Korner.az xəbər verir ki, səhər saatlarında qarında şiddətli ağrılar hiss edən futbolçu dərhal xəstəxanaya çatdırılıb.
Futbolçuya kəskin appendisit diaqnozu qoyularaq, əməliyyat olunduğu bildirilir.
