Türkiyə Super Liqasında çempionluq üçün mübarizə aparan “Beşiktaş” klubu Samuel Etonu heyətinə qatmaqda israrlıdır.
Korner.az-ın məlumatına görə, “Beşiktaş” klubu “Antalyaspor”un futbolçusu üçün son təklifini edib.
“Qara qartallar” afrikalı futbolçu üçün Ömər Şişmanoğlunu və əlavə 1 milyon avro təklif edib.
Kamerunlu futbolçunun transferə müsbət yanaşdığı bildirilir.
