“Beşiktaş”ın ÇL oyununu ruslar idarə edəcək
01.11.2021 , 17:11

“Beşiktaş”ın Çempionlar Liqası çərçivəsində “Sportinq”lə keçirəcəyi oyunu idarə edəcək hakimlər bəlli olub.
Korner.az-ın məlumatına görə, qarşılaşmada ədalət prinsiplərini rusiyalı hakimlər briqadası qoruyacaq.
Matçın baş hakimi Sergey Karasyov təyin olunub. Ona həmyerliləri İqor Demşenko və Maksim Qavrilin kömək edəcək.
Oyun noyabrın 3-də Lissabondakı “Joze Alvalade” stadionunda keçiriləcək.
