Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” Vinsent Abubakarı satın almaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, bu haqda “Fotomaç” xəbər yayıb.
“Beşiktaş” mart ayının sonunda Portuqaliyanın “Porto” klubu ilə danışıqlara başlayacaq.
“Qara qartallar”da icarə əsasında oynayan kamerunlunun satın alma məbləği 10 milyon avrodu.
Bildirilir ki, İstanbul təmsilçisi futbolçu üçün 6 milyon avro təklif edəcək.
