“Beşiktaş”ı dayandırmaq mümkün deyil – 3 futbolçu birdən
24.07.2018 , 16:51

İstanbulun “Beşiktaş” klubu transfer pəncərəsində riskli addım atıb
Öz qapıçısı Fabrini “Fulham”a göndərməli olan klub rəhbərləri “Bursaspor”un qapıçısı Harun Təkinə göz qoyublar. Rəhbərlik transferdə həvəsli olsalar da, onlar transferi pul vermədən başa vurmaq niyyətindədirlər. Odur ki, “Beşiktaş” Harunun əvəzinə “Bursaspora” 3 futbolçusunu təklif edib. Vaqner Lov, Orxan Çınar, Oğuzxan Aydoğan, Mərtcan Açıqgöz, Utku Günəş kimi futbolçulardan 3-ü “Bursaspor” klubunun heyətinə qatılmağa namizəddirlər.
Qeyd edək ki, qolkiper Harun Təkin də bu transferə həvəslidir. Çünki o, “ağ-qara” formanı geyinərsə, birinci qapıçı kimi heyətdə yer alacaq.
