“Beşiktaş”dan yeni transfer həmləsi
09.05.2023 , 23:21

“Beşiktaş” “Ümraniyespor”dan Umut Nayiri transfer edə bilər.
Korner.az xəbər verir ki, futbolçu “ağ-qaralar”ın transfer edə biləcəyi namizədlər arasında ilk sıradadır.
Tüekiyə millisinin futbolçusu ilə razılığın əldə olunduğu bildirilir.
“Beşiktaş”ın mövsüm bitənə kimi futbolçunun keçidini rəsmiləşdirəcəyi gözlənilir.
Umut Nayir bu mövsüm Super Liqada “Ümraniyespor”la 27 oyun keçirib və 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
