“Beşiktaş”dan yeni transfer
10.09.2022 , 14:30

“Beşiktaş” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi “Adana Demirspor”dan Tayyip Talha Sanuçu transfer edib.
22 yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
