“Beşiktaş”dan yeni transfer
27.09.2020 , 18:16

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Portu”dan Vensan Abubakarı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Abubakar 2016/17 mövsümündə “Beşiktaş”da çıxış edib.
