“Beşiktaş”dan yeni transfer
14.09.2020 , 22:01
“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Josef de Souzanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Souzanın son klubu “Al-Ahli” olub.