“Beşiktaş”dan yeni transfer
22.07.2024 , 21:33

“Beşiktaş” yeni transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fatih Karagümrük”dən Can Keleşi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
