“Beşiktaş”dan yeni transfer
10.01.2024 , 20:46
“Beşiktaş” heyətinə yeni oyunçu cəlb edib.
Korner.az xəbər verir ki, klub “Adana Demirspor”dan ayrılan 30 yaşlı müdafiəçi Yunas Svenssonu rənglərinə bağlayıb.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Norveçli futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.