“Beşiktaş”dan Rusiya klubuna
05.06.2024 , 18:24

“Beşiktaş”ın futbolçusu Baxtiyor Zaynutdinov klubundan ayrılacaq.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Futbolçunun “Zenit”ə keçdiyi bildirilir.
Sankt-Peterburq təmsilçisi bu keçid üçün Türkiyə klubuna 4,5 milyon avro təzminat ödəyəcək.
