Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” Caner Erkini satın almaq niyyətindədir.
Korner.az-ın məlumatına görə, “qara qartallar” İtaliya təmsilçisinə rəsmi təklif göndərib.
Milan təmsilçisi müdafiəçi üçün 900 min avro tələb edir. “Beşiktaş” isə transfer üçün pul ödəmək istəmir. Caneri havayı göndərmək istəməyən “İnter”in təxminən 450 min avro qarşılığında transferə razı ola biləcəyi bildirilir.
Xatırladaq ki, futbolçu mövsümün əvvəlində “Beşiktaş”a icarə əsasında transfer olunmuşdu.
