“Beşiktaş”dan “Göztəpə”yə 4 cavabsız qol – Video
23.02.2026 , 10:30
Türkiyə Super Liqasında 23-cü turun qarşılaşmaları davam edir.
Korner.az xəbər verir ki, doğma arenada “Göztəpə”ni qəbul edən “Beşiktaş” inamlı oyun nümayiş etdirərək 4:0 hesablı qələbə qazanıb.
İstanbul təmsilçisinin heyətində V.Ndidi 9-cu, M.Murillo 36-cı, J.Olaitan 59-cu, Oh Gyen-Gyu isə 74-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra “Beşiktaş” xallarının sayını 43-ə çatdıraraq 4-cü pillədə mövqeyini qoruyub. “Göztəpə” isə 41 xalla 5-ci sırada qərarlaşıb.