Türkiyə Super Liqasında 8-ci tura start verilib. İlk oyun günündə bir görüş keçirilib.
Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşan “Beşiktaş” gözlənilmədən autsayderə məğlub olub – 1:2.
Bu qələbə ilə xalını 7-ə çatdıran “Gənclərbirliyi” sonuncu yerdən 15-ci pilləyə yüksəlib. “Beşiktaş” isə 14 xalla ikincidir.
13 oktyabr
“Gənclərbirliyi” – “Beşiktaş” 2:1
Qollar: Muriqi, 16 (1:0), Şekiç, 73 (2:0), C.Tosun, 87-pen (2:1)
