“Beşiktaş”dan gedir
22.07.2024 , 14:35

“Beşiktaş”ın futbolçusu Aleks Oksleyd-Çemberlen klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yer alıb.
Yayılan xəbərdə, ingilis yarımmüdafiəçi ilə Premyer Liqa klublarından “Brentford” və “Fulhem”in maraqlandığı bildirilir.
Tərəflər arasında danışıqlar davam edir.
“Beşiktaş”ın heyətində yer almayan Çemberlenin komandadan ayrılmasının asan olacağı gözlənilir.
