“Beşiktaş”dan gənc futbolçu ilə bağlı qərar
09.01.2026 , 10:30
“Beşiktaş” rəhbərliyi gənc futbolçu Yakup Arda Kılıçla bağlı qərar verib.
Korner.az klubun mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, 21 yaşlı vinger cari mövsümün sonunadək icarəyə göndərilib.
Yakup Arda müvəqqəti olaraq 3-cü liqada çıxış edən “Karşıyaka”nın formasını geyinəcək.