“Beşiktaş”dan Cenk Tosun qərarı
19.06.2023 , 11:01

“Beşiktaş” bu gündən transfer işlərinə start verir.
Korner.az xəbər verir ki, “ağ-qaralar” təcrübəli hücumçusu Cenk Tosunla masa arxasına əyləşəcək.
Rəhbərlik futbolçu ilə 2 illik müqavilə imzalamağa hazırlaşır.
Ulduz oyunçuya oyun başına illik 1,5 milyon avro qonorar təklif ediləcəyi gözlənilir.
Cenk 14 qol və 7 məhsuldar ötürmə ilə 21 qola birbaşa töhfə verməyi bacarıb.
Mina Musayeva
