Dünya Futbolu

“Beşiktaş”dan çətin qələbə

14.05.2019 , 11:19

Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.

Belə ki, turun son oyun günündə “Beşiktaş” doğma meydanda “Alanyaspor”u qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı çətin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbə ilə xalını 62-ə yüksəldən İstanbul təmsilçisi turnir cədvəlinin 3-cü pilləsindəki yerini qoruya bilib. “Alanyaspor” isə 42 xalla 7-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı