Son günlərdə üç futbolçunun keçidini həll edən “Beşiktaş” “Bavariya”nın futbolçusuna da “elçi düşüb”
Korner.az-ın məlumatına görə, “qartallar” Münhen nəhənginin müdafiəçisi Holger Badştuberi heyətinə qatmaq istəyir.
Türkiyə mətbuatının yazdığına görə, İstanbul klubunun bu mövsüm 5 oyunda forma geyən və müqaviləsi 2017-ci ilin yayında bitəcək 26 yaşlı oyunçu ilə danışıqlar aparır
