“Beşiktaş”dan “Başakşehir”ə
29.07.2024 , 16:07

“Başakşehir” yeni müdafiəçi transferini tamamlayıb.
Korner.az xəbər verir ki, klub “Beşiktaş”dan Onur Bulutu heyətinə cəlb edib.
İstanbul təmsilçisi futbolçu ilə 3 illik müqavilə bağlayıb.
“Beşiktaş” Onur Bulutu 2022-2023-cü il mövsümünün ara transfer dövründə “Kayserispor”dan heyətinə qatıb. “Ağ-qaralar”da 50 matça çıxan oyunçu 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
