“Beşiktaş”dan ayrılır, İspaniya klubuna keçir
12.08.2024 , 10:12
“Beşiktaş”dan ayrılmağa hazırlaşan Fransisko Monteronun yeni ünvanı bəlli olub.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İspaniyada davam etdirəcək.
Onunla sözügedən ölkənin “Racing de Santander” klubu maraqlanır.
II Liqa klubu Türkiyə təmsilçisi ilə Monteronun transferi üçün razılığa gəliblər.
Oyunçu qısa müddətdə İspaniya komandası ilə rəsmi müqavilə imzalayacaq.
25 yaşlı müdafiəçi “Beşiktaş”ın heyətində 46 matçda meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mina Musayeva