“Beşiktaş”dan ayrılır, Almaniya klubuna keçir
24.12.2024 , 19:37
“Beşiktaş”ın futbolçusu Ernest Muçi komandasını tərk etməyə yaxındır.
Korner.az xəbər verir ki, albaniyalı oyunçu ilə Almaniya birinci Bundesliqasında çıxış edən “Ştuttqart” maraqlanır.
23 yaşlı futbolçu özü də karyerasını Almaniyada davam etdirmək istəyir.
Artıq Bundesliqa təmsilçisi Muçi üçün danışıqlara da başlayıb.
Ernestin “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.