“Beşiktaş”dan ayrıldı, “Fənərbağça”ya keçdi
16.07.2024 , 11:48
“Beşiktaş”dan ayrılan Cenk Tosun “Fənərbağça”ya keçib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, futbolçu ilə prinsipial razılığın əldə olunduğu diqqətə çatdırılıb.
Cenk tibbi yoxlanışdan keçmək üçün bu gün İstanbula gələcək və yeni klubu ilə müqavilə imzalayacaq.