“Beşiktaş”dan 42 milyonluq müqavilə
02.06.2020 , 18:30

“Beşiktaş”ın yeni titul sponsoru məlum olub.
Korner.az xəbər verir ki, İstanbul klubu “Beko” şirkəti ilə əməkdaşlığa başlayıb. Tərəflər arasında iki illik müqavilə imzalanıb.
“Beko” 2020/21 və 2021/22 mövsümlərində “Beşiktaş”ın sponsoru olacaq. Klub bu razılaşmadan iki ildə 42 milyon türk lirəsi qazanacaq.
