“Beşiktaş”dan yeni transfer
02.02.2023 , 20:41

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Konyaspor”dan Amir Hadjiahmetoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.
Amir 2016-cı ilin fevralından “Konyaspor”da forma geyinirdi.
