“Beşiktaş”da yeni müqavilə
16.12.2020 , 16:47

“Beşiktaş”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub gənc futbolçusu Rıdvan Yılmazla yeni müqavilə imzalayıb.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı sol cinah müdafiəçisi ilə müddəti 2025-ci ilin sonuna qədər olan müqavilə imzalanıb. Futbolçunun əvvəlki sözləşməsinin müddəti 2023-cü ilə qədər idi.
