“Beşiktaş”da yeni baş məşqçi
25.03.2022 , 16:49

“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisini Valeryen İsmael çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Son klubu İngiltərə “Vest Bromviç”i olan Valeryen “Beşiktaş”da Öndər Karavelini əvəzləyib.
