“Beşiktaş”da yeni baş məşqçi
28.10.2022 , 15:09
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı Şenol Güneşə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Güneş bu postda bir neçə gün əvvəl istefaya göndərilən Valeryen İsmaeli əvəzləyib.
Şenol 2015-2019-cu illərdə “Beşiktaş”ı çalışdırıb.
