"Beşiktaş"ın hücumçusu Oğuzhandan sonra daha bir futbolçusu sıradan çıxıb.
Korner.az-ın məlumatına görə,"qara qartal"ın ikinci qapıçısı Cenk Gönen bir müddət yaşıl meydanlardan uzaqda qalacaq. Bu barədə klubun rəsmi saytına "Beşiktaş"ın həkimi İsmayıl Başöz açıqlama verib. İsmayıl Başöz açıqlamasında: "Məşqdə bərk bir zərbəni qaytararkən, sol dirsəyi əzilmişdir. Onun müalicəsi davam etdirilir. İdmançımızın məşq və oyunlarda iştirakına hələ qərar veriləcək" – deyə o, qeyd edib.