Türkiyənin “Beşiktaş” klubu daha bir futbolçusu ilə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, hücumçu Mustafa Pektemekin başa çatan müqaviləsi yenilənməyib.
Bu barədə yerli mətbuata klub prezidenti Fikrət Orman açıqlama verib.
2011-ci ildən İstanbul klubunda çıxış edən 27 yaşlı futbolçu “qara qartallar”ın heyətində 89 oyuna çıxıb və 17 qol vurub.
