"Beşiktaş" uzun müddətdir axtardığı baş məşqçisini tapıb.
Korner.az-ın məlumatına görə, "qara-qartallar" isveçli məhşur çalışdırıcı Sven Qoran Erikson ilə ilkin razılığa gəliblər. Türkiyə mətbuatının yaydığı xəbərə görə, baş məşqçi ilə həll olunmayan xırda detallar qalıb. Çalışdırıcının həftə içərisində İstanbula gələrək "Beşiktaş"la rəsmi müqavilə bağlayacağı bildirilir.
2010-2011 mövsümündə "Liekester Siti" komandasını çalışdıran 64 yaşlı mütəxəssis, daha əvvəl İngiltərə millisi və İtaliyanın "Latsio" klubunda işdiyib.
