“Beşiktaş”da gözlənilməz itki
16.08.2024 , 14:10
“Beşiktaş”ın futbolçusu Artur Masuaku “Antalyaspor”la matçı buraxacaq.
Korner.az xəbər verir ki, oyunçu ailəvi səbəblərə görə baş məşqçidən icazə alıb və buna görə o, görüşdə çıxış etməyəcək.
Bu barədə “Milliyet” məlumat yayıb.
Qarşılaşmada Emrecan Terzinin sol cinahda oynayacağı gözlənilir.
Artur Masuaku bu mövsüm “Beşiktaş”da çıxış etdiyi 2 rəsmi matçda 1 məhsuldar ötürmə edib.