Türkiyənin "Beşiktaş" klubunun iki futbolçusu məşq zamanı əlbəyaxa olub.
Korner.az-ın məlumatına görə, "qara qartal"ın portuqaliyalı ulduzu Manuel Fernandes topu ondan sərt şəkildə almağa çalışan Gökhan Süzənə iki yumurq vurub. Gökhanın bu zərbələrə cavab verməsinin ardından münaqişə böyüyüb.
Komanda yoldaşları hadisəyə müdaxilə edərək hər iki oyunçunu çətinliklə sakitləşdirib.
