“Beşiktaş” “Qalatasaray”la oynayacağı derbi matçın hazırlıqlarını davam etdirir.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın son məşqinə doqquz futbolçu qatılmayıb.
Yüngül zədələri olan Sivok, Almeyda və Gökhan Törə komandada ayrı məşq edib. Uğur Boral, Filip Holosko, Gökhan Süzən, Vəli Kavlak, İsmayıl Köybaşı və Oğuzhan Özyakupun isə müalicələri davam edir.