“Beşiktaş”da ciddi itki
06.08.2019 , 19:36

Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın qapıçısı Loris Karius sıradan çıxıb. Qolkiper zədə səbəbindən 1 ay oynamayacaq.
Qeyd edək ki, “Beşiktaş” Kariusu ötən yay “Liverpul”dan 2 illik icarəyə götürmüşdü.
