“Beşiktaş” ciddi itki ilə üzləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Vəli Kavlak sıradan çıxıb.
Məşq zamanı boyun fəqərələrində ağrı hiss edən avstriyalı futbolçu əməliyyat olunub. Onun 4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
