“Beşiktaş”da ciddi itki
14.05.2025 , 10:00

“Beşiktaş”ın futbolçusu Aleks Oksleyd-Çemberleyn zədələnib.
Korner.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasının 35-ci turunda “Adana Dəmirspor”a (4:1) qarşı keçirilən görüşdə sıradan çıxıb.
Tibbi müayinədən keçən oyunçunun diz bağlarında gərilmə və ödəm aşkarlanıb.
