“Beşiktaş”da ciddi itki
05.01.2025 , 16:58
Türkiyənin “Beşiktaş” klubunun heyətində ciddi itki baş verib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Tayyip Talha Sanuç sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk futbolçu Super Liqanın 18-ci turunun “Rizespor”la səfər matçında (1:1) ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.