“Beşiktaş”da Burak Yılmaz dövrü başa çatdı
10.11.2023 , 15:07

“Beşiktaş”ın baş məşqçisi Burak Yılmaz istefa verib.
Korner.az xəbər verir ki, bu barədə klubun xidməti məlumat yayıb.
Burak Yılmaz UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunun “Budyo-Qlimt”ə (Norveç) uduzduqları (1:2) ev oyunundan sonra qərarını klub rəhbərliyinə bildirib.
