“Beşiktaş”da baş məşqçi postuna surpriz namizəd
25.12.2023 , 13:37
Rıza Çalımbayla yollarını ayıran “Beşiktaş” dərhal məşqçi axtarışlarına başlayıb.
Korner.az xəbər verir ki, siyahısında çoxlu əcnəbi məşqçisi olan “Beşiktaş”, başda Sulşjaer olmaqla bir çox namizədlə danışıqlara başlayıb.
Siyahıda yeganə yerli namizəd Sergen Yalçındır.
Digər tərəfdən, İstanbul klubu Filippo İnzaqini də namizədlər sırasına əlavə edib.
Hazırda “Salernitana”nı çalışdıran Filippo İnzaqinin İtaliya komandası ilə mövsümün sonuna qədər müqaviləsi var.